Birləşmiş Avropa ordusu yaradılır?

Birləşmiş Avropa ordusu yaradılır?

Bəzi Avropa liderləri bu yaxınlarda Avropa ordusunun yaradılması ilə bağlı çağırışları təkrarladılar. Lakin sıravi avropalılar düşünür ki, indi ideyanı canlandırmağın vaxtı deyil və bu,yəqin ki, uzunmüddətli perspektivdə mümkün olmayacaq.

Yenisabah.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski və İspaniyanın baş naziri Pedro Sançes qitədə etibarlı və davamlı sülhü təmin etmək üçün Avropa ordusunun yaradılması ideyasını dəstəkləyən liderlər arasındadır.

Pedro Sançes birləşmiş qitə ordusunun yaradılmasının əsl vaxtı olduğunu bildirib:

"Avropa ordusunun, Avropa silahlı qüvvələrinin yaradılmasının vaxtıdır, bütün 27 üzv dövlətin qoşunları bir bayraq altında və eyni məqsədlərlə işləyir bu, əsl birlik ola biləcəyimiz yeganə yoldur."

Kağız üzərində konsepsiya cəlbedicidir. O, hərbi sistemlərin, silahların və qüvvələrin qarşılıqlı fəaliyyətini artıra bilər. Bundan əlavə, yaradılacaq hərbi struktura bütün iştirakçı birliklər arasında koordinasiyanı yaxşılaşdırmaq üçün ümumi komanda strukturu daxil olacaq.

Hazırda Avropada Böyük Britaniya da daxil olmaqla 1,47 milyon həqiqi hərbi qulluqçu var. Rusiyanın Ukraynadakı mövcudluğu isə ehtimalla görə 2025-cü ilin sonuna kimi 700 min əsgərə çatacaq. Kağız üzərində Avropanın 2 dəfə daha çox hərbi kontingenti olsa da, praktiki vərdişlərdə Rusiyanın açıq-aşkar üstünlüyü mövcuddur. Bu isə təkcə canlı qüvvə sarıdan deyil, hərbi texnika baxımından da vahid idarəçiliyi zəruri tədbirlər edir.

Nazim Hacıyev

Mənbə: yenisabah.az