Silahlarımızı hökumətə təhvil verməyəcəyik - Hizbullah

Silahlarımızı hökumətə təhvil verməyəcəyik -

Livanın cənubunda müqavimət qüvvələrinin tərksilah edilməsinə icazə verməyəcəyik.

Bu sözləri Hizbullah baş katibi Naim Qassem deyib.

"Biz heç kimə döyüşçülərimizin silahlarını götürməsinə icazə verməyəcəyik və zorla buna cəhd olarsa, cavab verəcəyik. Vətəndaş qarşıdurmasına yol verməyəcəyik. Hizbullahın silahlarının zorakılıqla çıxarılmasını tələb edənlər İsrailə “pulsuz xidmət” göstərirlər. Livan ordusu ilə müqavimət qüvvələri arasında heç bir münaqişə olmayacaq”, - deyə o bildirib.

Qeyd edək ki, aprelin 7-də respublika prezidenti general Cozef Aun Hizbullah adından vasitəçi kimi çıxış edən parlamentin sədri Nəbih Berri ilə görüşüb. O, müqavimət qüvvələrinin silahlarının taleyi məsələsinin yeni hökumətin milli təhlükəsizlik strategiyasını hazırlamasından dərhal sonra başlayacaq müdafiə doktrinasına dair dialoq çərçivəsində həll olunacağını açıqlayıb.

Mənbə: axar.az