Bu gün Azərbaycanın pravoslav xristianları ən mühüm dini bayramlardan birini - Pasxanı qeyd edirlər.
“Qafqazinfo” xəbər verir ki, şənbədən bazar gününə keçən gecə Bakıda və ölkənin digər bölgələrindəki pravoslav kilsələrində Pasxa mərasimləri keçirilib.
Bakıdakı Müqəddəs Jen-Mironosits Kafedral kilsəsində bayram mərasimi qeyd olunub.
Pasxa xristianlığın ən qədim və əlamətdar bayramlarından biridir, İsa Məsihin dirilməsinin sevincinin rəmzi sayılır. Pravoslav təqviminə əsasən, bu il Pasxa günü aprelin 20-də qeyd olunur.
Məsihin “Nurlu dirilməsi” məqamında hər bir pravoslav xristian adətə uyğun olaraq Pasxa süfrəsində toplaşır, pasxa nemətləri və şirin çörəyi bölüşür, yumurta döyüşdürür və “Məsih dirildi” sözləri ilə bir-birini salamlayır.
AZƏRTAC-a istinadən Azərbaycan pravoslavlarının Pasxa bayramından görüntüləri təqdim edirik:







Mənbə: qafqazinfo.az