"Kiyev rejimi atəşkəsə əməl etməyib" - Zaxarova

"Kiyev rejimi atəşkəsə əməl etməyib" -

ABŞ Dövlət Departamenti Rusiya ilə Ukrayna arasında atəşkəsin Pasxa bayramından sonra uzadılacağına ümid etdiyini bildirib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sosial şəbəkə hesabında yazıb.

"Amma Kiyev rejimi bunu Pasxa bayramında belə hiss etməyib. Üstəlik, atəşkəsi pozmaq üçün Amerikanın HIMERS silahından istifadə edilib. Lakin bu təsadüf deyil, nümunədir, çünki yanacaq-energetika kompleksinə hücumlara moratorium zamanı buna razılıq verən Zelenski mülki enerji infrastrukturunu hədəfə alıb", - deyə diplomat qeyd edib.

Ağarza Elçinoğlu


Mənbə: unikal.az