Putindən Sumıdakı konqres mərkəzinə raket hücumu ilə bağlı - Açıqlama

Putindən Sumıdakı konqres mərkəzinə raket hücumu ilə bağlı - Açıqlama

“Rusiya hərbçiləri Sumıdakı konqres mərkəzinə raket zərbəsi endirib, çünki Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində cinayət törətmiş döyüşçüləri mükafatlandırılır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sumıdakı konqres mərkəzinə hücuma münasibət bildirərəkən deyib.

Putin bildirib ki, Rusiya hərbçilərinin Sumıdakı konqres mərkəzinə hücumu Ukrayna ordusuna cəza vermək məqsədi daşıyıb.

Qeyd edək ki, aprelin 13-də Rusiya Silahlı Qüvvələri Sumıda Ukrayna ordusunun Seversk əməliyyat-taktiki qrupunun komanda qərargahının iclasının keçirildiyi yerə zərbələr endirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu məqsədlə iki “İsgəndər-2” operativ-taktiki raketindən istifadə edilib.

Mənbə: qafqazinfo.az