Ağ Ev Uitkoffun bu həftə Rusiyaya səfərini təsdiqləyib

Ağ Ev Uitkoffun bu həftə Rusiyaya səfərini təsdiqləyib

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Rusiyaya səfər edəcək. Uitkoffun orada Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulur.

APA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

"Xüsusi nümayəndə Stiven Uitkoff bu həftənin sonunda Vladimir Putinlə söhbəti davam etdirmək üçün Rusiyaya qayıdacaq", - o deyib.

Mənbə: apa.az