Taliban hərəkatının yaratdığı hökumət Moskvaya səfir göndərəcək.
Müvafiq bəyanat Əfqanıstan Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Bunun fonunda Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov hökumətin xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb.
Görüşdə Müttəqi Taliban hərəkatını terror təşkilatları siyahısından çıxarmaq qərarına görə Rusiyaya təşəkkür edib.
Bildirilir ki, görüş zamanı diplomatlar Rusiya-Əfqanıstan münasibətlərinin möhkəmləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Gülayə Mecid
Mənbə: unikal.az