Zaxarovadan Sikorskiyə sərt cavab

Zaxarovadan Sikorskiyə sərt cavab

Bu, klassik nümunədir: insan özü ilə mübahisə edir, həm də qızğın şəkildə mübahisə edir və rəqibini məğlub etməyə ümid edir. Absurd tezislər toplusudur.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Rusiya əraziləri, xüsusilə də Vladivostok barədə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

“NATO ölkəsinin xarici işlər naziri kimi Sikorskinin məşğul olacaq kifayət qədər mövzusu var: məsələn, alyansın üzvləri arasında Qrenlandiyanın mənsubiyyəti ilə bağlı mübahisə, Fransanın uğursuz siyasəti nəticəsində Yeni Kaledoniyada qeyri-sabit vəziyyət, Baltikyanı ölkələrdə insan hüquqlarının pozulması, Almaniya iqtisadiyyatının çökməsi və daha çoxu”, – deyə diplomat əlavə edib.

Mənbə: axar.az