İrəvanda yenə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Video

İrəvanda yenə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Video

Ermənistanın paytaxtı İrəvanda qondarma erməni “soyqırımı” münasibətilə təşkil olunan yürüşdə növbəti dəfə təxribata əl atılıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yürüş iştirakçıları Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.

Bundan sonra onlar əllərində məşəllərlə yürüşə başlayıblar.

Qeyd edək ki, analoji tədbirlər 2000-ci ildən bəri hər il Ermənistanda keçirilir. Bundan öncəki illərdə də iştirakçılar Azərbaycan və Türkiyə bayraqlarını yandırmışdı.

Görüntüləri təqdim edirik:

Mənbə: qafqazinfo.az