Rusiya xüsusi xidmət orqanları "Krokus"da törədilən terror aktında əli olan 45 nəfəri müəyyən edib və saxlayıb.
Bunu TASS-a müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
“Ukrayna hərbi kəşfiyyatı beynəlxalq terror təşkilatlarının üzvlərindən, o cümlədən miqrantlardan da fəal istifadə edir. Onlara 2024-cü ilin martında "Krokus" kimi hücumların hazırlanmasında hərtərəfli yardım göstərilir. Rusiya xüsusi xidmət orqanları bu terror aktını törətməkdə əli olan 45 şəxsi müəyyən edərək saxlayıb”, - o bildirib.
Mənbə: axar.az