Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada sülh müqaviləsinin imzalana biləcəyi ilə bağlı yayılan xəbərləri şərh etməkdən imtina edib.
Məlumatı Ermənistan mediası yayıb.
Paşinyan ona ünvanlanan suala “şərh verməyəcəyəm”, - deyə cavab verib.
O, həmçinin Böyük Vətən Müharibəsində qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə şəxsən iştirak edib-etməyəcəyi barədə də məlumat verməyib.
Mənbə: axar.az