Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşdə Moskvanın Ukrayna ilə ilkin şərt olmadan danışıqlara hazır olduğunu bildirib.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, jurnalistlərə açıqlamasında söyləyib.
Vladimir Putin Rusiya tərəfinin hər hansı ilkin şərt irəli sürmədən Kiyevlə danışıqları bərpa etməyə hazır olduğunu nəzərə çatdırıb.
Bundan əvvəl Rusiya Prezidenti mülki obyektlərə zərbə endirilməməsi ilə bağlı məsələnin ikitərəfli qaydada müzakirəsini təklif edib.
Mənbə: apa.az