İran Prezidenti partlayış olan limana getdi

İran Prezidenti partlayış olan limana getdi

Bu gün İran Prezidenti Məsud Pezeşkian Bəndər Abbas şəhərinə səfər edib.

Bizim.Media Mehr-ə istinadən xəbər verir ki, Məsud Pezeşkian partlayış baş verən Şəhid Rəcai Limanına gedəcək, limanda aparılan xilasetmə işləri ilə tanış olacaq.

Qeyd edək ki, son məlumata görə, aprelin 26-da yerli vaxtla saat 12.30-da İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb, 1139 nəfər yaralanıb.

Bizim.Media

Mənbə: bizim.media