Moskva Vaşinqtonla münasibətləri inkişaf etdirəcək, lakin onun strateji tərəfdaşlarının ziyanına olmayacaq.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS-in xarici siyasət qurumlarının rəhbərlərinin Braziliyada keçirilən görüşünün yekunları üzrə deyib.
“Biz ABŞ-la münasibətlərimizi şəffaf şəkildə və əlbəttə ki, strateji tərəfdaşlarımız və həmfikirlərimizlə ənənəvi, möhkəm əlaqələrimizə zərər vermədən qurmağa davam edəcəyik”, - deyə o vurğulayıb.
Aygün
Mənbə: www.bakupost.az