Ben Qurion hava limanına raket hücumlarına cavab olaraq Yəmənə daha çox zərbələr endiriləcək.
Bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Biz onlara qarşı ABŞ-la birlikdə fəaliyyət göstəririk. Keçmişdə hücum etmişdik, gələcəkdə də hücuma keçəcəyik. Daha çox zərbələr olacaq”, - Netanyahu bildirib.
Qeyd edək ki, bu gün husilərin Təl-Əvivin Ben Qurion hava limanına raket zərbələri nəticəsində 8 nəfər yaralanmış, hava limanı müvəqqəti olaraq bağlanmışdı.
Mənbə: axar.az