Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Şimali Kipr Türk Cümhuriyyəti Prezidenti Ersin Tatarla görüşüb.
Bu barədə o, sosial media hesabında açıqlama yayıb.
Yılmaz paylaşımında bildirib:
“ŞKTC Prezidentlik Kompleksində cənab Prezident Ersin Tatar ilə bir araya gəldik. Ada tarixində iz qoyacaq, ŞKTC-nin institusional dövlət strukturu üçün əhəmiyyətli töhfələr verəcəyinə inandığımız bu layihələrin Kipr türkü qardaşlarımıza və ŞKTC-yə bir daha xeyirli olmasını arzu edir, inşasında əməyi keçən hər kəsi səmimi-qəlbdən təbrik edirəm”.
Aysel Əliyeva
Mənbə: globalinfo.az