Rumıniyanın Baş naziri istefa verdi

Rumıniyanın Baş naziri istefa verdi

Rumıniyanın Baş naziri Marçel Çolaku hökumət başçısı vəzifəsindən istefa verdiyini bəyan edib.

O, rəhbərlik etdiyi Sosial-Demokrat Partiyasının (SDP) hakim koalisiyadan çıxacağını da açıqlayıb.

Marçel Çolaku bu qərarı Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunun nəticələrindən sonra verdiyini bildirib.

Qeyd edək ki, mayın 4-də keçirilən prezident seçkilərinin ilk turunda milliyyətçi “Rumıniyanın Birləşməsi Alyansı” (AUR) partiyasının lideri Corce Simion 41 faiz səslə birinci yeri tutub.

Seçkilərin ikinci turu mayın 18-də keçiriləcək.

Mənbə: publika.az