Əfqanıstanda məscidə silahlı hücum-Ölənlər var

Əfqanıstanda məscidə silahlı hücum-Ölənlər var

Əfqanıstanda məsciddən çıxanlara silahlı hücum olub.

Sonxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Əfqanıstanın Paktiya əyalətində məsciddən çıxan mülki şəxslərə atəş açılması nəticəsində 3 nəfər həyatını itirib.

Paktiya Qubernatorluğunun sözçüsü Abdullah Həsrət mətbuata açıqlamasında dünən axşam naməlum silahlı şəxslərin Paktiyanın Dent Patan bölgəsindəki məsciddən mülki şəxslərə atəş açdığını təsdiqləyib.

Abdulla Həsrət hücumda 3 mülki şəxsin öldüyünü bildirib.

Hücumu hələ ki, üzərinə götürən olmayıb.

F.Ağayeva
Sonxeber.az

Mənbə: sonxeber.az