Rəisinin anasından Pezeşkiana tövsiyə: "Helikopterə minmə!"

Rəisinin anasından Pezeşkiana tövsiyə:

İran Prezidenti Məsud Pezeşkian Məşhədə səfəri zamanı ölkənin keçmiş prezidenti İbrahim Rəisinin anasına baş çəkib.

Görüş zamanı sabiq prezidentin yaşlı anası Pezeşkiana helikopterdən istifadə etməməyi tövsiyə edib.

“Helikopterə minməyin!”, - o deyib.

Qeyd edək ki, İbrahim Rəisi 2024-cü il mayın 19-da Şərqi Azərbaycan əyalətində helikopter qəzasında həlak olub.

Mənbə: bizim.media