Çin Hindistan və Pakistanı təmkinli olmağa çağırıb.
Bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda Hindistannın Pakistandakı əməliyyatından narahatlıq ifadə edilib.
Həmçinin iki ölkənin hər zaman bir-birinin və Çinin qonşusu olacağı qeyd edilib. Tərəflər sakit və mülayim davranmağa, vəziyyəti çətinləşdirəcək addımlardan çəkinməyə çağırılıb.
Mənbə: publika.az