Xocalı və Ağdərədə fərdi yaşayış evlərinin təmirinə BAŞLANDI

Xocalı və Ağdərədə fərdi yaşayış evlərinin təmirinə

Azərbaycanın azad olunmuş ərazilərindən bərpa, quruculuq və abadlıq işləri uğurla davam etdirilməkdədir.

Bu işlərin davamı kimi Xocalı və Ağdərə rayonlarında da müvafiq işlərə start verilir.

Belə ki, Xocalı rayonunun Daşbulaq, Xanabad, Naxçıvanlı, Seyidbəyli və Ağdərə rayonu Dəmirli, Heyvalı, Aşağı Oratağ, Çapar kəndlərində fərdi yaşayış evləri təmir olunacaq.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində artıq bununla bağlı müvafiq işlərə yekun vurulub.

Mənbə: bizim.media