Ukrayna Rusiyanın əsas müdafiə zavodlarını vurdu - Video

Ukrayna Rusiyanın əsas müdafiə zavodlarını vurdu -

Mayın 6-dan 7-nə keçən gecə Ukrayna ordusu PUA-larla Rusiyaya kütləvi hücum edib.

Ukrayna Təhlükəsizlik Xidmətinin uzaqmənzilli PUA-ları Rusiya Federasiyasının əsas müdafiə müəssisəsi hesab edilən “Bazalt”ı vurub.

Həmçinin ölkənin digər mühüm hərbi-sənaye kompleksi zavodu olan “Splav” da vurulub.

Qeyd edək ki, “Bazalt” Rusiya ordusunun bütün qolları üçün silah və sursat istehsal edir. “Splav” isə Rusiyada yaylım atəşi raket sistemləri və patronları layihələndirən və istehsal edən yeganə müəssisədir.

Mənbə: publika.az