Kadırov Putinə müharibəyə gedən çeçenlərin sayını açıqladı

Kadırov Putinə müharibəyə gedən çeçenlərin sayını açıqladı

Ukraynada xüsusi əməliyyat başlayandan bəri Çeçenistandan döyüş bölgəsinə 21 mindən çox könüllü göndərilib.

Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.

"Ümumilikdə, xüsusi əməliyyat başlayandan bəri zonaya 55,5 min döyüşçü, o cümlədən 21 min 600 könüllü gedib. Hazırda cəbhədə Müdafiə Nazirliyi, Rusiya Qvardiyası, “Əhməd” xüsusi təyinatlıları və Çeçenistan Daxili İşlər Nazirliyinin birləşmiş dəstəsinin əməkdaşlarından 11 mindən çox döyüşçü var”, - Kadırov qeyd edib.

Mənbə: axar.az