Hindistan və Pakistan arasındakı gərginliyi müzakirə etdilər

Hindistan və Pakistan arasındakı gərginliyi müzakirə etdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.

Bu haqda “TRT Haber” məlumat yayıb.

Danışıq zamanı Hindistan və Pakistan arasındakı gərginlik, gecə baş verən hücum və mövcud vəziyyət müzakirə edilib.

Prezident Ərdoğan Türkiyənin Pakistanla həmrəy olduğunu bildirib, hücumda şəhid olan pakistanlılara Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Ərdoğan Türkiyənin bu prosesdə Pakistanın təmkinli siyasətini dəstəklədiyini və Cammu və Kəşmirdəki terror aktı ilə bağlı qərəzsiz, şəffaf və etibarlı beynəlxalq araşdırma aparılması təklifinin məqsədəuyğun olduğunu deyib.

O, Türkiyənin gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazır olduğunu və bu mövzuda diplomatik təmasların davam etdiriləcəyini qeyd edib.

Mənbə: qafqazinfo.az