Moskva və Pekindən Yaponiyaya TƏLƏB

Moskva və Pekindən Yaponiyaya TƏLƏB

Rusiya və Çin Yaponiyadan İkinci Dünya Müharibəsindən bəri Çin ərazisində qalan kimyəvi silahların məhv edilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməsini istəyib.

Bu iki ölkə liderləri arasında danışıqların yekunları üzrə birgə bəyanatda qeyd olunub.
"Tərəflər Yaponiyanı Çin torpaqlarında kimyəvi silahların ləğvini xoş niyyətlə və mümkün qədər tez başa çatdırmağa çağırır", - sənəddə deyilir.
Birgə bəyanatda Rusiya və Çin nüvə “beşliyi”nə daxil olan ölkələrin (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa) heç də hamısının soyuq müharibə zehniyyətindən imtina prinsiplərinə əməl etmədiyini bildirib.
Zaur

Mənbə: www.bakupost.az