Tramp yeni Papanı TƏBRİK ETDİ: “Ölkəmiz üçün böyük şərəfdir” - FOTO

Tramp yeni Papanı TƏBRİK ETDİ: “Ölkəmiz üçün böyük şərəfdir” -

ABŞ Prezidenti Donald Tramp yeni Roma Papasını təbrik edib.

Bununla bağlı Tramp “X” hesabında paylaşım edib.

"Yenicə Papa adı verilən kardinal Robert Fransis Prevostu təbrik edirəm. Onun ilk Amerika Papası olduğunu bilmək böyük şərəfdir. Bu olduqca həyəcanverici haldır və ölkəmiz üçün böyük şərəfdir.

Mən Papa XIV Leo ilə görüşməyi səbirsizliklə gözləyirəm. Bu, çox mənalı anlar olacaq!" – ABŞ lideri qeyd edib.

Qeyd edək ki, Prevost tarixdə ilk Papa seçilən amerikalı kardinaldır.

Mənbə: bizim.media