Yeni Dehli yüksək hazırlıq vəziyyətinə gətirildi

Yeni Dehli yüksək hazırlıq vəziyyətinə gətirildi

Hindistan və Pakistan arasında münaqişə yenidən kəskinləşib.

Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Məlumata görə, səhər sakitliyindən sonra təmas xətti boyunca atışma və güclü partlayışlar olub:

"Cammu və Kəşmirdə kütləvi şəkildə elektrik kəsilib. Hindistan və Pakistanın bir çox şəhərlərində təhlükəsizlik tədbirləri tətbiq edilir. Hindistanın paytaxtı Yeni Dehli yüksək hazırlıq vəziyyətinə gətirilib".

Mənbə: axar.az