Tramp Yaxın Şərqdə Putinlə görüşəcək?

Tramp Yaxın Şərqdə Putinlə görüşəcək?

ABŞ Prezidenti Donald Tramp gələn həftə Yaxın Şərqə səfəri zamanı Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdırmır.

Bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt brifinqdə deyib.

"Prezident Tramp dünən bu suala cavab verdi: Görüş olmayacaq", deyə Levitt bildirib.

Qeyd edək ki, Tramp aprel ayında Yaxın Şərqə gələcək səfəri zamanı rusiyalı həmkarı ilə görüşəcəyini istisna etməmişdi.

Mənbə: axar.az