“Azərbaycan həmişə Pakistanın yanında olacaq”

“Azərbaycan həmişə Pakistanın yanında olacaq”

“Pakistan ağır günlərində Azərbaycanın yanında olub, Azərbaycan da həmişə Pakistanın yanında olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Pakistan və Hindistan arasında son vaxtlar pisləşən münasibətlərdən danışarkən deyib.

“Azərbaycan tərəfi Pakistan və Hindistan arasında baş verənlərlə bağlı mövqeyini dəfələrlə bəyan edib. Həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm millət vəkilləri dəfələrlə bu barədə danışıb. Pakistan bizim yaxın dostumuzdur. Ağır günlərdə yanımızda olub. Hesab edirəm ki, bu münasibətlər daha da möhkəmlənəcək və davam edəcək. Azərbaycan da ənənəvi olaraq haqqın və ədalətin yanında olacaq”, - deyə S. Səmədov bildirib.

Sail Ağasəlim

Mənbə: qafqazinfo.az