Pakistan hakimiyyəti Hindistanla münaqişənin kəskinləşməsi zamanı “nüvə həddi”nin pozulmasını istəmir.
Bu barədə Pakistanın planlaşdırma və inkişaf naziri Əhsan İqbal “The Guardian”a müsahibəsində bildirib.
“Biz istəmirik ki, nüvə həddi pozulsun” - deyə o bildirib.
Nazir vurğulayıb ki, Hindistana qarşı hücumlar zamanı “xüsusi tədbirlər” görülüb və bu, mülki hədəflərə zərbələrin qarşısını alıb.
Bundan əvvəl bildirilmişdi ki, Hindistan və Pakistanın yüksək rütbəli hərbi rəsmiləri münaqişənin qızışmağa başlamasından sonra ilk telefon danışığı aparıblar. Qeyd olunur ki, söhbət zamanı Pakistan tərəfi hindistanlı həmkarları ilə görüş keçirmək istəyini bildirib.
Lalə
Mənbə: www.bakupost.az