ABŞ prezidenti Donald Tramp ölkədəki mühacirlərə “Birləşmiş Ştatlardan pulsuz uçmağa” icazə verən sərəncam imzalayıb.
Bu barədə Ağ Ev açıqlama verib.
Açıqlamada "CBP Home" tətbiqi və "Evə Pulsuz Dönüş" proqramlarını ehtiva edən icra əmri ilə bağlı təfərrüatlar paylaşılıb.
Qeyd olunub ki, immiqrantların ABŞ-dan sürətlə ayrılmasını asanlaşdırmaq üçün “CBP Home” tətbiqi kimi müxtəlif üsullardan istifadə olunacaq.
ABŞ-ı könüllü və daimi tərk edən hər kəsin xərclərinin Federal Hökumət tərəfindən maliyyələşdiriləcəyi və “Çıxış bonusları”nın veriləcəyi bildirilib.
“Truth Social” hesabında paylaşım edən Tramp böyük hərflərlə “Pulsuz uçuşunuzu indi rezerv edin” ifadəsini işlədib.
Roza
Mənbə: publika.az