Putininin Türkiyədə birbaşa görüş təklifinə Zelenskidən - AÇIQLAMA

Putininin Türkiyədə birbaşa görüş təklifinə Zelenskidən -

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Türkiyədə ancaq şəxsən Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağa hazır olduğunu açıqlayıb.

O, bu barədə Telegram kanalında yazıb.

Zelenski ABŞ Prezidenti Donald Trampın sözügedən görüşün keçirilməsinə cavab olaraq deyib:

“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm. Ümid edirəm ki, ruslar bu dəfə görüşə gəlməmək üçün bəhanə axtarmayacaqlar”.

Eyni zamanda, Zelenski bəyan edib ki, Ukrayna mayın 12-dən əvvəllər təklif edilən tam atəşkəs rejimini gözləyəcək.

Mənbə: bizim.media