İsrail Mertsin kanslerliyi dövründə Almaniya ilə tərəfdaşlığı möhkəmləndirməyə ümid edir - Netanyahu

İsrail Mertsin kanslerliyi dövründə Almaniya ilə tərəfdaşlığı möhkəmləndirməyə ümid edir -

İsrail Almaniyanın yeni kansleri Fridrix Mertsin dövründə Berlinlə münasibətlərin daha da inkişaf edəcəyinə ümid edir.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu İsrailə səfər edən Almaniyanın yeni xarici işlər naziri Yoxann Vadeful ilə görüşdə bildirib.

“Bizim çoxsaylı ortaq maraqlarımız, ortaq dəyərlərimiz və ortaq çağırışlarımız var. Cənab nazir, əminəm ki, əməkdaşlığımız davam etdikcə tərəfdaşlığımız daha da güclənəcək. Fridrix Mertsə İsrail-Almaniya ittifaqını möhkəmləndirmək üçün göstərdiyi birgə səylərə görə ən xoş arzularımı çatdırıram”, – deyə Netanyahu vurğulayıb.

Məlumatı Netanyahunun ofisi yayıb.

Mənbə: apa.az