ABŞ Suriyaya qarşı sanksiyaların ləğv edildiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
O bu qərarını Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla apardığı söhbətlərdən sonra aldığını vurğulayıb.
Tramp həmçinin bildirib ki, ABŞ dövlət katibi Marko Rubio cümə axşamı İstanbulda keçirilməsi planlaşdırılan potensial Rusiya-Ukrayna danışıqlarında iştirak edəcək.
ABŞ lideri Rubionun gələn həftə Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə də görüşəcəyini açıqlayıb və bölgədəki diplomatik prosesin yeni mərhələyə qədəm qoyduğunu bəyan edib.
Mənbə: qafqazinfo.az