Ermənistan parlamentində dava: Köçəryanın oğlu hədələndi – VİDEO

Ermənistan parlamentində dava: Köçəryanın oğlu hədələndi –

Ermənistan parlamentinin mayın 14-də keçirilən iclasında müxalifət və iqtidar deputatları arasında mübahisə yaranıb.

Buna səbəb Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanın sözləri olub.

O, parlamentdə çıxışı zamanı Nikol Paşinyanın keçmiş prezidentlərə debat çağırışına münasibət bildirib:

“Siz düşünürsünüz ki, 2008-ci ildə vəzifəsindən uzaqlaşan atam baş nazirlə debata gələcək? Kəndlərdən xəbəriniz var? Orada deyirlər ki, necə olur, Qarabağı itirən vətənsiz xainlər azaddırlar və hakimiyyətdə qalmağa davam edirlər? Paşinyan Moskvaya getmədən bir gün öncə parlamentdə müxalifəti “axmaq” adlandırdı. Onu parad zamanı izlədiniz? Spiker Alen Simonyan bizim “Hayastan” partiyasının üzvü Kristine Vardanyana onu zaldan atacağını deyib. Simonyan bilsin ki, mən onu yüksəkdə oturduğu yerdən bayıra atacağam və bu, çox ağrılı olacaq”.

Parlamentin vitse-spikeri Akop Arşakyan isə Köçəryanın sözlərinə görə qəzəblənib və onu tənqid edib:

“Levon Köçəryan həddini bil, ölçünü bil, bala. Əyləş və sənə dediklərimə qulaq as. Yoxsa zaldan sürünərək çıxarılacaqsan, sakitləş”.

Lakin Levon bundan sonra daha da özündən çıxıb və nəticədə iclas zalında mübahisə yaranıb.

Mənbə: globalinfo.az