İran bu şərtlə ABŞ ilə nüvə saziş imzalayacaq

İran bu şərtlə ABŞ ilə nüvə saziş imzalayacaq

“İran iqtisadi sanksiyaların tamamilə ləğvi müqabilində ABŞ ilə nüvə sazişi imzalamağa hazırdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “NBC News”a İranın Ali lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şəmxani deyib.

Şəmxani İranın heç vaxt nüvə silahı yaratmayacağını, silah istehsal etmək üçün istifadə oluna bilən yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina edəcəyini və uranı yalnız mülki məqsədlər üçün lazım olan səviyyəyə qədər zənginləşdirməyə razı olacağını bildirib.

O vurğulayıb ki, bu addımlar yalnız bütün sanksiyaların dərhal ləğvi şərti ilə mümkündür.

“Bütün bunlar qarşılığında isə İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar dərhal ləğv edilməlidir”, - deyə İran rəsmini qeyd edib.

Onun sözlərinə görə, sanksiyalar dərhal ləğv olarsa, İran beynəlxalq müfəttişlərə bu prosesi izləməyə şərait yaradacaq.

Mənbə: qafqazinfo.az