Lavrov İrəvana nə vaxt gedir? - Zaxarova dəqiqləşdirmədi

Lavrov İrəvana nə vaxt gedir? -

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri üzərində iş gedir.

Interfax-a istinadla xəbər verilir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, nazirin may ayında İrəvana səfər etmək niyyətində olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib:

"XİN bu məsələ ilə bağlı ətraflı məlumatı vaxtında paylaşacaq".

Mənbə: yenisabah.az