ABŞ İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyətinin səviyyəsindən məyus deyil.
Bunu ABŞ prezidenti Donald Tramp deyib.
Mayın 14-ü axşam saatlarında Vladimir Putin bu gün İstanbulda keçiriləcək danışıqlarda Rusiya Federasiyasının maraqlarını təmsil edəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib. Komandaya, 2022-ci ildə İstanbul danışıqlarında olduğu kimi, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edib. Ukrayna nümayəndə heyəti ilə söhbətdə onunla yanaşı, müdafiə nazirinin müavini Aleksandr Fomin, xarici işlər nazirinin müavini Mixail Qaluzin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov iştirak edir.
Mayın 15-də Ukrayna prezidenti Vladimir Zelenski münaqişənin həlli ilə bağlı danışıqlar üçün İstanbula gələn Rusiya nümayəndə heyətini "butafor heyət" adlandırıb. O, Putinlə birbaşa görüşmək istədiyini qeyd edib.
Zaur
Mənbə: www.bakupost.az