Roma Papası XIV Leo erməni katolik kilsəsinin patriarxı Rafael Petros Minasyanla görüşüb.
Bu barədə “Vatikan Nyus” portalı məlumat yayıb.
Bildirilib ki, erməni patriarx Papaya Müqəddəs Məryəmin təsviri olan rəsm təqdim edib.
“O, Papanın xeyir-duasını istəyib. XIV Leo isə qonaqlara müraciət edərək, onları Şərqdə xristianlığı qoruyub yaymaqda davam etməyə çağırıb”.
Qeyd edək ki, Şərq kilsələrinin rəhbər və dindarları Şərqi Katolik Kilsələrinin yubileyinin qeyd olunması ilə əlaqədar Vatikanda olublar.
Əliyar Xəlil
Mənbə: globalinfo.az