Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başa çatıb.
Bu barədə “Qafqazinfo”ya komissiya üzvü Əliməmməd Nuriyev məlumat verib.
Sonuncu iclas da daxil olmaqla, baxılan müraciətlərin ümumi sayı 800-ə yaxın olub.
Siyahı dövlət başçısına təqdim ediləcək.
Qeyd edək ki, Komissiyanın iclasları nəzərdə tutulan əfvlə bağlı keçirilib.
Sail Ağasəlim
Mənbə: qafqazinfo.az