Portuqliyada seçkilər - Sağ mərkəzçilər liderlik edir

Portuqliyada seçkilər -

Portuqaliyada keçirilən növbədənkənar parlament seçkilərində bülletenlərin 70,86 faizi hesablandıqdan sonra baş nazir səlahiyyətlərini icra edən Luis Monteneqronun rəhbərlik etdiyi sağ mərkəzçi Demokratik Alyans koalisiyası liderlik edir.

Yerli mediaya istinadən xəbər verilir ki, koalisiya 36,86 faiz səs toplayıb. Onun ardınca 23,39 faiz səslə ifrat sağçı “Bəsdir!” siyasi qüvvəsi və 22,99 faiz səslə Sosialist Partiyası gəlir.

Mənbə: axar.az