Türkiyənin Xarici işlər naziri Hakan Fidan Rusiyaya səfər edəcək.
Ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər Rusiya Federasiyasının XİN rəhbəri Sergey Lavrovun dəvəti ilə 26-27 may tarixlərində baş tutacaq.
Səfər çərçivəsində nazir Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul olunacaq və rusiyalı həmkarı Sergey Lavrovla görüşlər keçirəcək.
Mənbə: report.az