Əsədin devrilməsindən sonra bu qədər suriyalı ölkəsinə qayıdıb - Son rəqəm

Əsədin devrilməsindən sonra bu qədər suriyalı ölkəsinə qayıdıb - Son rəqəm

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin Əməliyyatlar və Müdafiə Departamentinin direktoru Edem Vosornu Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkələrinə qayıdan suriyalıların sayını açıqlayıb.

Publika.az xəbər verir ki, BMT rəsmisinin sözlərinə görə, təxminən 1 milyondan çox məcburi köçkün öz bölgələrinə qayıdıb. Qonşu ölkələrdən isə yarım milyondan çox qaçqın qayıdıb.

O bildirib ki, Suriyada 16,5 milyon insanın humanitar yardıma və müdafiəyə ehtiyacı var.

Vosornu artan çətinliklərə baxmayaraq humanitar əməliyyatların davam etdiyini ifadə edib: “Ümid edirik ki, ABŞ-ın və Avropa İttifaqının Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarı rahatlıq, bərpa və inkişafa kömək edəcək”.

Akqabay

Mənbə: publika.az