Slovakiyada yeniyetmə və gənclər arasında kayak və kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası” turniri keçirilir.
20-dən çox ölkənin mübarizə apardığı turnirdə komandamız bu gün 2 medal qazanıb.
Tatyana Smilovenko 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə qızıl medala layiq görülüb. Kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə isə ikinci yer tutub.



Mənbə: qafqazinfo.az