Tələbədən LİDERƏ: “Təhsil haqqımın ödənilməsində göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Ağstafa rayonundan olan tələbə Elcan Quliyev ölkə liderinə məktubunda bildirir:

“Möhtərəm cənab Prezident, ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün tərəfinizdən görülən tədbirlər təqdirəlayiqdir. Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, sosial baxımdan həssas ailə qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı qərarın verilməsi bu məsələyə necə ciddi yanaşdığınızı göstərir.

Cənab Prezident, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olaraq təhsil haqqımın ödənilməsində göstərdiyiniz dəstəyə görə şəxsən öz adımdan və valideynlərimin adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun, Sizi Azərbaycan xalqına çox görməsin!”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Balkanlardakı… gizli “cənnət”

SONRAKI XƏBƏR

Karantindən çıxan seriallar