Qondarma “andiçmə” şousu - Siyasi arenada uduzan ermənilər təxribata əl atdı

Qondarma “andiçmə” şousu - Siyasi arenada uduzan ermənilər təxribata əl atdı

Məlum olduğu kimi ötən gün Ermənistan baş naziri Qarabağda keçirilən qondarma andiçmə mərasimində iştirak edib. Millət vəkilləri və ekspertlər sözü gedən addımı düşmənin provoikasiyası adlandırır

Düşmən hər cür bəhanə ilə provokasiyaları davam etdirdirir, dünən Şuşada baş verən andiçmə şousus da bu provokasiyanın bir hissəsidir. Millət vəkili Səməd Seyidov deyir ki, mayın 11-də Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qərarı, ardınca ABŞ prezidenti Donald Trampın prezident İlham Əliyevə göndərdiyi təbrik məktubu və orada ölkəmizin ərazi bütövlüyünün Rəsmi Vaşinqton tərəfindəın tanınması ilə bağlı mövqenin əks olunması, mayın 19-u Avropa Parlamnetinin beynəlxalq əlaqələr komitəsinin danışıqlar formatı ilə bağlı qəbul etdiyi məruzə onu göstərdi ki, Ermənistan siyasi araneda uduzub. Millət vəkili hesab edir ki, siyasi araendakı məğlubiyyətinin əvəzini şou təşkil etməklə çıxmaq istəyib.

Bunlar necə cavab verməli idilər. Bunlar qıcıqlandırmaq, Dağlıq qarabağ süni şəkildə gündəmə gətirmək və Azərbaycana qarşı emosional şəkildə hanıssa bir işgəncə səviyyəsində yaratmaq. Heç kim bunu tanımır, bundan sonra da tanımayacaq. İstəyirsən orda 100 dəfə rəqs elə, istəyirsən bir dəfə. Şuşa işğaldadır. Ancaq azad olunacaq.

Politoloq Zaur Məmmədov isə qeyd edir ki, qondarma andiçmənin təşkili onu göstərdi ki, Ermənistan işğalçılıq siyasətini davam etdirmək niyyətindədir.

Nikol Paşinyan dünən artıq bütün həddləriu, cızığı keçdi. Biz bunlardan nəticə çıxartmalyıq. Təbii ki, beynəlxalq təşkilatlar yaxsi olardı ki, Ermənistanın bu hərəkətlərinə qiymət versinlər. Amma gəlin sadəlov olmayaq. əgər bu illər ərzində həmin təşkilatlar susmuşdursa bu susma davam edəcək. Azərbaycanın öhdəsinə qalanlar nələrdən ibarətdir. Biz artıq başa düşürü ki, sülh danışılqarın faydalı olması ilə bağlı nikbin olmasının faydası yoxdur.

Qeyd edək ki, ötən gün Ermənistan növbəti təxribata əl atıb və Azərbaycanın işğal olunmuş qədim Şuşa şəhərində qondarma andiçmə mərasimi keçirib.

atv.az

Mənbə: www.atv.az