Türkiyə ilə İtaliyanın xarici işlər nazirləri turizm və regional məsələləri müzakirə ediblər

Türkiyə ilə İtaliyanın xarici işlər nazirləri turizm və regional məsələləri müzakirə ediblər

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu italiyalı həmkarı Luici Di Maio ilə telefonla danışıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, telefon söhbətində nazirlər regional məsələləri, yeni növ koronavirusla (COVID-19) bağlı vəziyyətin normallaşması və turizmlə bağlı növzularda müzakirələr aparıblar.

Mənbə: apa.az