NATO-dan Rusiyaya Gürcüstan şərti: İcazə versə...

Rusiya Kalininqrad üzərində və Gürcüstan yaxınlığında uçuşlara məhdudiyyətləri aradan qaldırsa, ABŞ Açıq Səma Anlaşmasına qayıda bilər.

Axar.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

Alyans rəhbəri Rusiyanı sözügedən anlaşmanı tam həcmdə icra etməməkdə ittiham edib:

“Uzun illər ərzində, həmçinin bir neçə ardıcıl görüşdə Rusiyanı bu müqaviləni tam şəkildə icra etməsini tələb etmişik”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin Açıq Səma Anlaşmasından çıxağacağını bəyan edib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

“Beşiktaş”ın prezidenti koronavirusa qalib gəldi

SONRAKI XƏBƏR

Bərdəli gənclər pandemiyaya qarşı mübarizə tədbirlərinə dəstək olurlar