Elmar Məmmədyarov istefaya çağırıldı

Elmar Məmmədyarov istefaya çağırıldı

ReAl Partiyanın sədri İlqar Məmmədov Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovu istefaya çağırıb...

 

PİA.az-ın xəbərinə görə, İ.Məmmədov deyib ki, Elmar Məmmədyarov öz oğluna Nyu Yorkun mərkəzində həqiqətən də 4 milyon dollara iki mənzil alıbsa, bu pulların mənşəyini çox inandırıcı şəkildə xalqa izah etməlidir.

“İranla mübahisəli su sazişi və Ermənistanın xalqımıza dünən Şuşada acıq verməsi gündəm olan bir vaxtda onun başqa seçimi yoxdur. Ya izah edəcəksən, ya da istefaya gedəcəksən. Əlbəttə, xarici işlər nazirinin, səfirlərin nisbətən zəngin adam olmaları çox vaxt zəruridir, çünki onlar dünyanın və müxtəlif ölkələrin zənginləri ilə oturub-durmalı, zənginlərin düşüncə və həyat tərzinə bələd olmalıdırlar ki, yaxınlıq əmələ gəlsin və bu ünsiyyətdə ölkəmizə nüfuz qazandırılsın. Amma bu yanaşma ancaq Məmmədyarovun inandırıcı izahından sonra keçərli olacaq” – İ.Məmmədov qeyd edib. (Pravda.az)

pia.az

Mənbə: pia.az