11 ABŞ prezidentinə xidmət göstərmişdi, koronavirusdan öldü - FOTO

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin daimi iş və yaşayış yeri olan Ağ Evdə 11 dövlət başçısına xidmət etmiş Uilson Ruzvelt Cerman koronavirusdan dünyasını dəyişib.

 

Sabah.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə onun nəvəsi məlumat verib. O, babasının 91 yaşında koronavirus pandemiyasından öldüyünü bildirib.

Onun ölümü ilə bağlı ABŞ-ın sabiq prezidenti Corc Buş və birinci xanım Laura Buş, Bill Klintonun (sabiq prezident) xanımı Hillari Klinton, Barak Obamanın (sabiq prezident) xanımı Mişel Obama və digər tanınmış simalar başsağlığı verib.

Qeyd olunub ki, 1957-ci ildə Ağ Evdə təmizlikçi olaraq işə başlayan Uilson Ruzvelt Cerman 1960-cı ildə xidmətçi təyin olunub. O, 2012-ci ildə prezident Barak Obama dönəmində təqaüdə göndərilib, və xidmətlərinə görə mükafatlandırılıb.

Sabah.az

ƏVVƏLKİ XƏBƏR

Alimlər bir vaxtlar Qafqazın okean dibi olduğunu kəşf edib, bəs sabah necə olacaq?

SONRAKI XƏBƏR

Kadırovun koronavirusa yoluxması xəbəri ilə bağlı - Spikerdən açıqlama